Xəbər lenti

Bakıda iyun ayında qış temperaturu olan ən soyuq il açıqlandı
Ölkə16:02 30.06.2019

Bakıda iyun ayında qış temperaturu olan ən soyuq il açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu gün Bakı şəhərində müşahidə olunan hava şəraitinin iyun ayı üçün xarakterik olub-olmamağına aydınlıq gətirib.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva açıqlamasında bildirib ki, çox illik meteoroloji məlumatlara əsasən, iyun ayında Bakıda ən sərin hava 1996-cı ildə qeydə alınıb.
U. Tağıyeva qeyd edib ki, 1996-cı ilin iyunun 2-də Bakıda havanın temperaturu 8.1 dərəcə olub.
Xatırladaq ki, dünəndən başlayaraq ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürür.