Xəbər lenti

Bakıda “Jeep” məktəblini vuraraq öldürdü
Ölkə05:30 26.10.2013

Bakıda “Jeep” məktəblini vuraraq öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda məktəbli faciəli şəkildə ölüb.

Səbail Rayon polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bibiheybət yolunda, jurnalistlər üçün tikilmiş binanın qarşısında qeydə alınıb.
 
“Jeep Grand Cherokee” markalı, 99 DP 799 dövlət nömrə nişanlı maşın yolu keçən 14 yaşlı Rəşad Xəlil oğlu Xəlilovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
 
Dünyasını dəyişən piyadanın məktəbli olduğu bildirilir.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma gedir.

Qaynar.info

Qaynar.info