Xəbər lenti

Bakıda jurnalist yol qəzasında öldü
Ölkə08:09 18.07.2014

Bakıda jurnalist yol qəzasında öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün Bakının Xətai rayonunda qəzaya uğrayan jurnalist dünyasını dəyişib.

Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, axşam saatlarında “Hyundai” avtomobil yolu keçmək istəyən Sarvan Ağayevi vurub. Qəza nəticəsində piyada ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Lakin xəstənin vəziyyəti ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxananın baş həkimi Sultan Əliyevin anspress-ə verdiyi məlumata görə, Sultan Əliyev koma halında xəstəxanaya gətirilib.
“Ona ağır qapalı-kəllə beyin travması, döş qəfəsinin küt travması, ön ətraflarının sınığı və sidik kisəsinin partlaması diaqnozu qoyulub. Xəstə daxil olandan 1 saat sonra keçinib. Həkimlər onu xilas etmək üçün əllərindən gələni əsirgəməyiblər”.

Qeyd edək ki, Sarvan Ağayev “Qarabağ” qəzetinin baş redaktor müavini vəzifəsində çalışırdı.

Qaynar.info