Xəbər lenti

Bakıda jurnalisti bıçaqla hədələyib, pullarını soydular
Ölkə07:54 21.06.2014

Bakıda jurnalisti bıçaqla hədələyib, pullarını soydular

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Elmin Bədəlov: "Evə gedərkən mağazadan su alıb çıxanda, iki nəfər qarşısı kəsib, üzərimə bıçaq çəkdilər"

Tanınmış jurnalist Elmin Bədəlov naməlum şəxslər tərəfindən hədələnərək, sonra da soyğuna məruz qalıb. 

JAM.AZ xəbər verir ki, jurnalist bu barədə məlumatı özünün Facebook hesabında yayıb. 

O bildirib ki, bu gün toydan çıxıb evə qayıdarkən həyatı üçün təhlükə yaşayan olayla üzləşib. Belə ki, o, evlərinə dönərkən mağazalardan birində girərək, su alıb. «Çıxanda orta yaşlı bir kişi və cavan bir oğlan yaxınlaşdı. Birinə siqaret verdim, o birisi də istədi. Hər ikisinə siqaret verdim. Sonra "harada işləyirsən", "hardan gəlirsən" kimi suallar verməyə başladılar. Cavab verməyib getmək istəyəndə qolumdan tutdular. Başladılar ki, bəs, «Söhbətə girmişik», «Səhərə qədər 90 manat çatdırmalıyıq, ne vere bilersen?» dedilər. «Yoxumdur» deyib əllərindən qaçmaq istədim. Ki, cavan olan balaca bir bıçaq çıxartdı». 

Bədəlov daha sonra bildirib ki, yaşlı kişi ona «Sənə deyirlər çıxart pullarını, çıxart də» deyib. «Bıçağı görən kimi qorxdum, soyuq tər gəldi. Dərhal kaşlokumu çıxardım. İçində 13 manat pul qalmışdı. Pulları götürdülər, sora dedi ki, «bu kaşlok dəridi?». Dedim «yox, 2 manata almışam». Baxmadılar, içindəki sənədləri çıxarıb verdilər, kaşlokun özünü də götürdülər. Metro kartımı da götürdülər, ciblərimi axtardılar, qəpiklərimə dəymədilər. 70 qəpik də cibimdə var idi. Gördülər həqiqətən də başqa pulum yoxdu. Sora arsız-arsız dedilər ki, halal elə. "Halal olsun" dedim qorxumdan. Hələ də bıçağı cibinə qoymurdu. Biraz yeriyə-yeriyə uzaqlaşandan sora qaçmağa başladım. Dönüb arxaya baxanda gördüm yoxdular. Ətrafda nə bir polis var idi, nə də kimsə».