Xəbər lenti

Bakıda “KamAZ”ın altında qalan qadın ÖLDÜ
Ölkə16:15 10.12.2013

Bakıda “KamAZ”ın altında qalan qadın ÖLDÜ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda 43 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası Biləcəri qəsəbəsində, bazarın qarşısında qeydə alınıb. “KamAZ” markalı avtomobil arxaya hərəkət edərkən 1970-ci il təvəllüdlü Ağdaş rayon sakini Pərvanə Süleymanovanı vurub. P. Süleymanova hadisə yerində ölüb.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Qaynar.info