Xəbər lenti

Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatı başa çatdı
Ölkə15:49 03.08.2017

Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatı başa çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatı başa çatıb.

Qaynarinfo"nun məlumatına görə, Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov qeyd edib ki, çempionatın yüksək səviyyədə təşkili üçün bütün kollektiv səylə çalışıb.

Azərbaycan Atıcılıq Federasiyasının işçilərinə və yarışlarda əməyi keçənlərə diplomlar təqdim olunub.

Daha sonra Avropa Atıcılıq Federasiyasının bayrağı gələn il çempionatın keçiriləcəyi Macarıstan Atıcılıq Federasiyasının nümayəndəsinə təqdim edilib.

Bakıda atıcılıq üzrə Avropa çempionatı iyulun 22-də başlayıb. Yarışların keçirildiyi 13 gün ərzində 79 dəst medal qazanılıb.

Qaynarinfo.Az