Keçmiş müdafiə naziri Rəhim Qazıyevə ağır xəsarət yetirilib.
Qaynarinfo yenicag.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata əsasən, Rəhim Qazıyevə hücum edən naməlum şəxslər onu vuraraq, qaçıblar.
Qeyd olunur ki, keçmiş nazirə ilkin tibbi yardım göstərən yaxınlıqdakı şəxslər hadisə yerinə polis və təcili yardım çağırıblar.