Xəbər lenti

Bakıda keçmiş polisi döyüb, telefon və pulunu apardılar
Ölkə12:07 13.12.2016

Bakıda keçmiş polisi döyüb, telefon və pulunu apardılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı sakininə qarşı quldurluq edilib.

Qaynarinfo.Az report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü Həsənov İlham Əvəz oğlu evə gedərkən "Anar" şadlıq evinin arxa hissəsində naməlum şəxslər tərəfindən döyülüb.

Onun üzərindəki mobil telefon və pul aparılıb.

Qeyd edək ki, İ.Həsənov Daxili İşlər Nazirliyində (DİN) çalışıb. O, ötən il təqaüdə çıxıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Qaynarinfo.Az