Xəbər lenti

Bakıda keçmiş rəis müavininin intihar anı kamerada - VİDEO 18+
Ölkə15:05 25.01.2017

Bakıda keçmiş rəis müavininin intihar anı kamerada - VİDEO 18+

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili İşlər Nazirliyi (DİN) keçmiş polis əməkdaşının özünü binadan ataraq intihar etməsi barədə məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, Ramiz Quliyev vaxtı ilə polis orqanlarında çalışıb: “Lakin o, Nizami rayon Polis İdarəsində deyil, Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsində rəis müavini vəzifəsində çalışıb.
O, hələ xidmət etdiyi müddətdə sağlamlığında, daha doğrusu psixikasında yaranmış problemlərlə əlaqədar 2010-cu ildə daxili işlər orqanlarından xaric olunub. Yeddi il əvvəl polis orqanlarında xidmətdən xaric olunmuş bir şəxsi polis əməkdaşı kimi təqdim etmək düzgün yanaşma deyil”.
Qeyd edək ki, Ramiz Quliyevin intiharı anı kamerlara düşüb.
Qaynarinfo.Az