Xəbər lenti

Bakıda kişi araq üstündə dostunu öldürdü
Ölkə15:26 02.12.2013

Bakıda kişi araq üstündə dostunu öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İlqar Hüseynov ayılandan sonra döydüyü dostunu xəstəxanaya aparsa da, onun həyatını xilas etmək mümkün olmayıb

Bakıda dostunun keyfiyyətsiz araq almasından qəzəblənən kişi əlini qana bulayıb. Səbail rayon Prokurluğundan ANS TV-yə verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 43 yaşlı İlqar Sumbat oğlu Hüseynov saxlanılıb.

İlqar Hüseynov ilkin ifadəsində Həsən Cabbarovu döyərək xəsarət yetirdiyini etiraf edib. Məlum olub ki, hər iki şəxs tüfeyli həyat sürməklə yanaşı, sprtli içki aludəçisi olub. Hadisə günü onlar rayonun Nəsirov küçəsində yerləşən yarımtikilidə kef məclisi təşkil ediblər. Oranı özləri üçün sığınacaq seçən İlqar Hüseynov ilə Həsən Cabbarov ərzaqlarını dədə-baba malı kimi yarı bölüblər. Amma son məclislərində Həsənin etdiyi hərəkət dostuna xoş gəlməyib. İlqar Hüseynov qədəh yoldaşını təşkil etdikləri məclisə keyfiyyətsiz sprtli içki gətirdiyi üçün döydüyünü deyib.

Aldığı xəsarətlərdən özündən gedən mərhum H.Cabbarov bir gün həmin tikilidə huşsuz vəziyyətdə qalıb. İçkinin təsirindən ayılan İlqar sonda dostuna yaxşılıq etmək qərarına gəlib və onu xəstəxanaya aparıb. Lakin həkimlərin səyinə baxmayaraq, 52 yaşlı Həsən bir necə gündən sonra dünyasını dəyişib.

Səbail rayon Prokurorunun köməkçisi Əhməd Məmmədov bildirib ki, hər iki şəxs məhkum olunub. Həsən 2 dəfə, İlqar 3 dəfə məhkumluq həyatı yaşayıb.
Faktla bağlı cinayət işi başlanıb.


Qaynar.info