Xəbər lenti

Bakıda kişi borca görə özünü körpüdən atdı
Ölkə06:32 06.09.2013

Bakıda kişi borca görə özünü körpüdən atdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gecə saat 02:22 radələrində yaşlı kişi özünü Bakının Sabunçu rayonu ərazisində, “Koroğlu” metrostasiyası ərazisindəki körpüdən atıb.

Rayon Polis İdarəsindən Anspress-ə verilən məlumata görə, 63 yaşlı Fəxrəddin Həsənov intihar məqsədilə özünü atıb. Lakin F.Həsənov öz arzusuna çatmayıb. Onu ağır yaralı halda 3 saylı Sabunçu xəstəxanaslna çatdırıblar. Hazırda onun həyatı üçün təhlükə yoxdur.

İlkin araşdırmalar zamanı onun borc üzündən intihar etməsi məlum olub. İnthara cəhdin dəqiq səbəbləri araşdırılır.

Qaynar.info