Xəbər lenti

Bakıda kişidən dəhşətli əməl
Ölkə06:03 04.06.2014

Bakıda kişidən dəhşətli əməl

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gecə Bakının Suraxanı rayonunda dəhşətli hadisə baş verib. 

Suraxanı rayon prokurorunun köməkçisi Vaqif Hüseynovun Anspress-ə verdiyi məlumata görə, Hövsan qəsəbəsində naməlum kişi meyidi tapılıb.

Meyidin boğazında ülgüclə kəsik izi olub. Hadisə şahidlərinin hüquq-mühafizə orqanlarına verdikləri məlumata görə, həmin kişi intihar edib. Deyilənlərə görə, kişi sağ əli ilə boğazını ülgüclə kəsib.

Hazırda dəhşətli şəkildə intihar edən şəxsin kimliyi araşdırılır. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Qaynar.info