Xəbər lenti

Bakıda klinikaya basqın
Ölkə12:04 18.08.2016

Bakıda klinikaya basqın

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən 2 naməlum şəxs Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən klinikalardan birində basqın edib.

Qaynarinfo.Az DİN-in saytına istinadən xəbər verir ki, basqın zamanı klinikada işləyənlərə - Bakı şəhər sakinləri Xəyalə Piriyeva və Səlim Eyvazova zor tətbiq edilib. Onlar X.Piriyevaya məxsus mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Fikrət Rzayev və Fəhmin Atakişiyev tutulub.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Qaynarinfo.Az