Bakıda pivə bakalı ilə ofisantı döyən "TT” bilyard klubunun sahibi ilə bağlı qərar verilib.
Qaynarinfo-nun məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən "TT Club”da baş verib.
Belə ki, klubun sahibi Cavad adlı şəxslə ofisant arasında borc pul üstündə mübahisə yaranıb. Mübahisə zamanı Cavad stolun üstündəki pivə bakalı ilə onun baş nahiyyəsinə zərbə endirib və sonra isə döyüb. Hadisə baş verən zamanı klubda kənar şəxslər də olub. Bu, məhkəmə araşdırması zaman müəyyən edilib. Lakin təhqiqat orqanı tərəfindən həmin şəxslərin müəyyən edilərək onların izahatlarının alınması istiqamətində heç bir istintaq hərəkətləri görülməyib.
Məhkəmədə qərar verilib ki, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair tərtib edilmiş protokol və əlavə olunmuş sənədlər Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə geri qaytarılsın. Cinayət işi yenidən araşdırılaraq məhkəməyə göndəriləcək.
Əhməd