Xəbər lenti

Bakıda kommendantın otağından 11 min manat oğurlandı
Ölkə15:00 28.04.2016

Bakıda kommendantın otağından 11 min manat oğurlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Yasamal rayonunda binanın kommendantının pulu oğurlanıb.

Report-un xəbərinə görə, hadisə H.B.Zərdabi küçəsi, ev 74A-nın həyətində baş verib.

Belə ki, binanın kommendantı Bakı şəhər sakini 58 yaşlı Fuad Dadaşovun xidməti otağından açarseçmə yolu ilə içərisində 10 800 manat olan seyf oğurlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Qaynarinfo.az