Xəbər lenti

Bakıda kriminal avtoritet həbs edilib
Ölkə08:22 28.03.2015

Bakıda kriminal avtoritet həbs edilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda “Dəli Samir” ləqəbi ilə tanınan kriminal avtoritet həbs edilib.

Qaynar.info-nun məlumatına görə, bu barədə Suraxanı rayon Polis İdarəsindən APA-ya bildirlib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Samir Nuşirəvan oğlu Aslanov saxlanılıb. Ondan 1 ədəd avtomat və üzərindən 10 qram heroin aşkar edilərək götürülüb.

Polisdən həmçinin bildirilib ki, S. Aslanov dəfələrlə məhkumluq həyata yaşayıb və onun kriminal aləmlə yaxın əlaqələri olub.

S. Aslanov kriminal aləmdə “Dəli Samir” ləqəbi ilə tanınıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qaynar.info