Bakıda Azərbaycan müasir və sosial rəqs assosiasiyasının və Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə ikinci dəfə "СYCLE FLAVA ALLSTYLES 2013" adlı rəqs yarışması keçirilib. Milli.Az Trend Life-a istinadən xəbər verir ki, küçə rəqslərinin və hip-hop janrlarının bütün üslublarını özündə birləşdirən çempionatda rəqs üslubu ilə bağlı heç bir məhdudiyyət olmayıb.
Rəqqaslar qarşısında qoyulan əsas tapşırıq küçə üslubunu necə hiss etdiklərini göstərmək olub.
Çempionatın birinci hissəsi açıq havada keçirilib. Yarımfinal və final isə Jam SS məktəbinin rəqs zalında baş tutub.
30 rəqqas arasında keçirilən gərgin mübarizədən breyk-dans komandasının nümayəndəsi Andrey Friman qalib çıxıb. Qaynar.info