Xəbər lenti

Bakıda küçə ticarətinə qadağa qoyulur - açıqlama
Ölkə19:42 01.05.2015

Bakıda küçə ticarətinə qadağa qoyulur - açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
I Avropa Oyunları ilə əlaqədar paytaxtın bəzi ərazilərində mövsümi səyyar ticarətə icazə verilməyəcək. Axar.az xəbər verir ki, iyunun 12-dən başlayacaq yarışların keçiriləcəyi ərazilərdə, xüsusilə metronun “Koroğlu” stansiyası ətrafında küçə ticarəti ləğv olunacaq. Artıq bu barədə xəbərdarlıq da olunub.
Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov da movqe.az-a açılamasında məlumatı təsdiqləyib. Ə.Bağırovun sözlərinə görə, hələ ki, ticarətə imkan verilməyəcək ərazilər tam müəyyən olunmasa da, I Avropa Oyunları ilə əlaqədar hərəkətə maneə törədən yerlərdə səyyar ticarətə icazə verilməyəcək. Meriya rəsmisi  bununla belə, bəzi yerlərdə oyunlarla bağlı səyyar su satışı üçün şərait yaradılacağını istisna etməyib.
Qaynar.info