
Bu gün səhər saatlarından etibarən Bakının bir çox yerlərində, o cümlədən Nərimanov rayonunda yerləşən mağazaların qarşısına qoyulmuş piştaxtalar yığışdırılıb.
Musavat.com-un məlumatına görə, Nərimanov rayonu Montin qəsəbəsində yerləşən bütün mağazaların qarşısına qoyulmuş piştaxtalar post patrul əməkdaşları tərəfindən yığışdırılıb. Mağaza sahiblərinin verdiyi məlumata görə, onlar həmin malları yığışdırsalar da polis əməkdaşları onları məcburi şəkildə bölməyə aparıb.
Qeyd edək ki, qəzet satışında da eyni hal müşahidə olunur. Paytaxtda səyyar qəzet satışı qadağan olunub, küçə ticarətinə, qəzet və jurnalların səyyar satış nöqtələrinə Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən verilmiş icazələr yanvarın 1-dən ləğv edilib.
Qaynar.info