Xəbər lenti

Bakıda küçədə gedən qız döyüldü
Ölkə15:20 20.10.2016

Bakıda küçədə gedən qız döyüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhərində küçə ilə hərəkət edən qız tanımadığı şəxs tərəfindən döyülüb.

Qaynarinfo.Az Report-a istinadən məlumata görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.

1988-ci il təvvəllüdlü Gözəlova Ramilə Rahib qızı Bəşir Bünyadov küçəsi ilə yaşadığı evə doğru gedirmiş. Bu zaman o, tanımadığı şəxsin hücumuna məruz qalıb. Naməlum şəxs onun qarın nahiyəsinə küt alətlə zərbə vuraraq ərazidən uzaqlaşıb. R.Gözəlova təcili tibbi yardım maşını vasitəsilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qaynarinfo.Az