Xəbər lenti

Bakıda küçədə silahlı inident – Bir nəfər yaralanıb
Ölkə11:54 17.03.2015

Bakıda küçədə silahlı inident – Bir nəfər yaralanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən günorta saatlarında Bakıda silahlı isident yaşanıb. 

Qaynar.info-nun verdiyi xəbərə görə, martın 16-ı saat 17 radələrində Naxçıvan şəhər sakini Cəfər Ağamalıyev başından xəsarət almış vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Nərimanov RPİ 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisənin həmin gün saat 15 radələrində Həsənoğlu küçəsində baş verdiyi məlum olub. Hadisəni Bakı sakini 1979-cu il təvəllüdlü Rəşad Həsənov tərəfindən törədildiyi məlum olub. 

R.Həsənov tapançanın qundağı ilə tanışı olan C.Ağamalıyevin başından vurub, sonra isə havaya atəş açaraq oradan uzaqlaşıb. Hadisə yerindən 2 ədəd patron və 1 boş giliz aşkar olunub. R.Həsənovun saxlanılması üçün əməliyyat axtarış tədbirləri davam etdirilir.

Qaynar.info