Xəbər lenti

Bakıda küçəni zibilləyən sürücü cəzalandırıldı - VİDEO
Ölkə06:34 25.01.2017

Bakıda küçəni zibilləyən sürücü cəzalandırıldı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yanvarın 18-də "Sahil" metrosunun qarşısında 01-BO-401 qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobilin sürücüsünün küçəni zibilləməsi haqqında avtosfer.az saytı videomaterial paylaşmışdı.

Həmin məlumat əsasında qeyd olunan avtomobilin sürücüsü Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə dəvət olunaraq törətdiyi inzibati xətaya görə 40 manat cərimə edilib. Sürücünün özü də Avtosfer.az saytına inzibati məsuliyyətə cəlb olunması haqqında məlumatı təsdiq edib. Sürücü etdiklərinə görə peşman olduğunu və bir daha belə iş görməyəcəyini bildirib.

Qaynarinfo.Az