Xəbər lenti

Bakıda küçənin ortasında qadının maşınını əlindən aldılar - VİDEO, FOTOLAR
Ölkə15:47 17.05.2016

Bakıda küçənin ortasında qadının maşınını əlindən aldılar - VİDEO, FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda qadına qarşı quldurluq edən şəxslər saxlanılıb. 
Musavat.com-un məlumatına görə, Xətai rayonu Bayramov küçəsində Bakı şəhər sakini Sevda Rəfiyeva “Kia” markalı avtomobilinə oturmaq istəyərkən, naməlum şəxs bıçaqla onu hədələyib və nəqliyyat vasitəsini qadından alaraq hadisə yerini tərk edib. Avtomobil Şərifzadə küçəsində hərəkətdə olarkən aşkar edilib və görülmüş tədbirlərlə saxlanılıb. 
Hadisəni törətmiş Bakı şəhər sakini Orxan Xıdırov cə sərnişini Aleksandr Semyonov saxlanılıb. 
Saxlanılan Orxan Xısırov dindirilərkən, törətdiyi əməli etiraf edib. Ömrünün 11 ilini həbsxana keçirən 33 yaşlı Orxan bildirib ki, avtomobildə pul olduğunu düşünüb və narkotikə olan tələbatını ödəmək üçün bu cvinayətə əl atıb. 
Avtomobilə baxış keçirən polis əməkdaşları oradan narkotik vasitələr, narkotik qəbulu üçün nəzərdə tutulan şprislər və çəkic aşkar ediblər. 
Faktla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir. 
Qaynarinfo.az