Xəbər lenti

Bakıda kuryer onu liftdə buraxmayan sakinin barmağını qırdı
Ölkə07:30 07.11.2022

Bakıda kuryer onu liftdə buraxmayan sakinin barmağını qırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda kuryer sifariş apardığı ünvanda bina sakininin barmağını sındırdığı üçün 3 il şərti həbs cəzası alıb.
Qaynarinfo-nun məlumatına görə, hadisə Nərimanov rayonu, Xan Şuşinski küçəsi 21 saylı binanın liftində baş verib. 
Belə ki, "Urfa Sofrası" adlı restorandan icarəyə götürdüyü moped vasitəsilə kuryerlik edən Cavid (şərti) "Bolt Food" şirkətindən sözügedən binaya sifariş alıb. Müştəri xəstə olduğunu bildirərək sifarişi mənzilə qaldırmağını xahiş edib. Cavid liftə daxil olduqdan sonra onun kartla işlədiyini görüb. Bu zaman Emil adlı bina sakini liftə daxil olub. Kuryer ondan yuxarı qalxmasına kömək etməsini xahiş edib. Bina sakini isə kartının olduğunu, amma yuxarı tək qalxacağını bildirib.
Bundan sonra onların arasında mübahisə yaranıb və Emil Cavidin atasını söyüb. Bu zaman liftə daxil olan kuryer onun sifətinə yumruq vurub və onlar dava ediblər. Nəticədə Emilin barmağı qırılıb. O, bu barədə DİN-in 102 xidmətinə şikayət edib.
Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ittiham olunan Cavidə məhkəmənin hökmü ilə 3 il şərti cəza verilib.
Əhməd