Xəbər lenti

Bakıda lisey binasında yanğın olub
Ölkə18:33 22.05.2015

Bakıda lisey binasında yanğın olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb

Axşam saatlarında Bakının Yasamal rayonunda dördmərtəbəli taxta konstruksiyadan ibarət lisey binasında yanğın olub.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə binanın 3-cü mərtəbəsində sinif otağının yanar konstruksiyaları, tavanı və 4-cü mərtəbədə yerləşən sinif otağının döşəməsi yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunubr. Yanğın saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.