Xəbər lenti

Bakıda litseyin damı uçdu - FOTOLAR
Ölkə12:34 08.03.2015

Bakıda litseyin damı uçdu - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən axşam paytaxtda əsən güclü külək fəsadsız ötüşməyib. Bakı Dövlət Universitetinin Əhməd Cəmil 41 A ünvanında yerləşən Gənc İstedadlar Liseyinin damı uçub. 
Dam örtüyünün böyük hissəsi ətrafda yerləşən binaların həyətində düşüb. Bu barədə arqument.az-ın ərazidə olan müxbiri məlumat verib.
Qəza nəticəsində ətrafdakı avtomobillərə və qarajlara ziyan dəyib. 
Sakinlərin bildirdiyinə görə, hələ ki, aidiyyatı qurumlardan maraqlanan yoxdur.
Qaynar.info