Xəbər lenti

Bakıda ölümə səbəb olan içkini satan mağaza sahibi saxlanıldı
Ölkə08:42 07.01.2020

Bakıda ölümə səbəb olan içkini satan mağaza sahibi saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda zəhərlənərək ölən şəxsin spirtli içkini haradan aldığı məlum olub.
Qaynarinfo "Report”a istinadla xəbər verir ki, araşdırma zamanı dünyasını dəyişmiş Yusif Hüseynovun spirtli içkini 8-ci kilometr bazarında topdan satış mağazasından aldığı müəyyən edilib.
Daha sonra spirtli içkini satan mağazanın sahibi Səlim Seyidov saxlanılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Y.Hüseynov zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb. Onun spirtli içkidən zəhərlənərək öldüyü məlum olub.