Xəbər lenti

Bakıda maraqlı hadisə: kabab bişirirdilər, yanğınsöndürənlər gəldi (VİDEO)
Ölkə08:14 04.03.2019

Bakıda maraqlı hadisə: kabab bişirirdilər, yanğınsöndürənlər gəldi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün Bakının Nərimanov rayonunda maraqlı hadisə baş verib.
Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, "Gənclik” metrostansiyası yaxınlığında yaşayış evlərinin birindən qatı tüstü görünüb. Qonşular elə biliblər ki, ev yanır. Qorxuya düşən qonşular yanğınsöndürən çağırıblar.
Dərhal hadisə yerinə yanğınsöndürən cəlb olunub. Yanğınsöndürənlər gələndə görüblər ki, əslində binanın 5-ci mərtəbəsində yaşayan ailə balkonda kabab bişirirmiş.
Hadisənin görüntülərini təqdim edirik: