Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb və iki nəfər yaralanıb.
TƏBİB-dən Qaynarinfo-ya bildirilib ki, baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub.
Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib.
Bildirilib ki, hazırda onlara zəruri tibbi xidmət göstərilir.
Qeyd edək ki, bir nəfər hadisə yerində dünyasını dəyişib.
13:36
Marketdə ölən və yaralanan şəxslərin kimliyi bilinib.
Qaynarinfo xəbər verir ki, ölən şəxs polis əməkdaşı Həsənov Rüfət Rahib oğludur. Hadisə zamanı, başından güllələnib.
Yaralananlar isə Şaydayev Samir Ruslan oğlu kürək nahiyyəsindən 2 güllə yarası alıb. Adı açıqlanmayan 1 nəfər isə sağ çiynindən güllələnib.
13:36
Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai rayon prokurorluğunun əməkdaşları hadisə yerindədilər.
Bu barədə Qaynarinfo-ya Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılır.
"İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir" - məlumatda vurğulanıb.
12.53
Bakıda marketlərin birində silahlı atışma olub.
Qayanrinfo xəbər verir ki, hücumun inkassatorun maşınına olduğu bildirilir.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb olunub.
Hadisə nəticəsində ölən və yaralananların olub-olmadığı dəqiqləşdirilir.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.
Daxili İşlər Nazirliyindən bildirilib ki, Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib: "Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcəkdir”.
Əhməd