Xəbər lenti

Bakıda maşın oğruları yaxalandı
Ölkə10:40 22.03.2013

Bakıda maşın oğruları yaxalandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda avtomaşınlara qənim kəsilən oğrular yaxalanıb.

Qaynar.info-nun Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 12-də Elmin Şahbazova məxsus "VAZ-2107" markalı avtomaşından faraları, Elçin Əmirbəyova məxsus "VAZ-2106" markalı avtomaşından isə 1 ədəd maqnitofon və avtomaşının sənədini oğurlamış şəhər sakini Əkbər Əsədov tutulub.

Bundan əlavə, Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 21-də Vüsalə Abdullayevaya məxsus "Mercedes" markalı avtomaşından 180 manat pul və qızıl əşyaları oğurlamış şəhər sakini Kamal Mirzəyev tutulub.

Qaynar.info