Bakıda avtomobillərin küçələrdə parklanması üçün təklif edilən 288 müvəqqəti duracaqda eyni anda 6422 avtomobil saxlamaq mümkün olacaq. Bir avtomobil üçün eni 2.75 m, uzunluğu 6.10 m olan standart yer nəzərdə tutulur.
Bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı deyib.
Onun sözlərinə görə, NİİM 2 il müddətində paytaxtın 185 küçə və prosrektində araşdırmalar aparıb. Araşdırmaların nəticəsinə əsasən NİİM Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) paytaxtda avtomobillərin küçələrdə parklanması üçün 288 müvəqqəti duracaq yerinin yaradılması barədə təklif göndərib. Hazırda bununla bağlı NİİM və BŞİH arasında müzakirələr ararılır.
Qeyd edək ki, Prezident İlham Əliyev arrelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Bakının küçə və prosrektlərindəki qanunsuz parkinq məsələsi ilə bağlı iradını bildirib. Dövlət başçısının iradından sonra aprelin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 17-də paytaxtın küçə və prosrektlərində yol kənarında avtomobillərin qanunsuz saxlanılmasına qarşı tədbirlər görülməsi barədə sərəncam imzalayıb.
Bakının mərkəzi küçələrində küçə parklanması üçün mümkün olan yerlərin sayı və adlarını təqdim edirik:
İlk şərhi siz yazın!