Xəbər lenti

Bakıda məcburi köçkünlərin yataqxanası yandı
Ölkə08:36 04.02.2014

Bakıda məcburi köçkünlərin yataqxanası yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Birinci çağırışla hadisə yerinə 6 yanğınsöndürən maşın cəlb olunub


Bu gün saat 10:50 radələrində Bakının Binəqədi rayonu ərazisində məcburi köçkünlərin məskunlaşdığı yataqxana yanıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ans press-ə verilən əmlumata görə, birinci çağırışla hadisə yerinə 6 yanğınsöndürən maşın cəlb olunub.

Hadisə yerinə gedən yanğınsöndürənlər alovu ram edə biliblər. Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, yanğın demək olar ki, söndürülüb.

Hadisə nəticəsində xəsarət alan barədə məlumat verilmir.

Hadisə şahidlərinin sözlərinə görə, yanğın elektrik qısaqapanmasından baş verib. Hazırda hadisə yerində yanğınsöndürənlər, xilasedicilər cəlb olunub.


Qaynar.info