Xəbər lenti

Bakıda məhbus qadın özünü asdı
Ölkə09:56 25.08.2014

Bakıda məhbus qadın özünü asdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda məhbus qadın intihar edib.

Lent.az-ın məlumatına görə, hadisə Kürdəxanıdakı İstintaq Təcridxanasında baş verib. Təcridxanada saxlanılan və Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinən 1960-cı il təvəllüdlü Atayeva Nailə Əziz qızı özünü asıb.

Hələ məhkəməsi davam edən N.Atayeva təcridxana kamerasının gəzinti otağında özünü dəmir barçaqlıqdan mələfə ilə asıb. Onun asılı vəziyyətdə qalmış meyitini nəzarətçilər aşkarlayıblar. Qeyd edək ki, N.Atayeva 2 ay əvvəl Nəsimi rayonu, A.Mustafayev küçəsində yaşadığı evdə Bakı şəhər sakini - 50 yaşlı Lalə Vəliyevanı qətlə yetirib. O, rəfiqəsini başını çəkiclə əzərək amansızlıqla öldürüb.

Qaynar.info