Xəbər lenti

Bakıda məhkumun gizlətdiyi tapança aşkarlandı
phrase_var_qaynar. 12:30 28.07.2026

Bakıda məhkumun gizlətdiyi tapança aşkarlandı

Bakının Xətai rayonunda məhkumun gizlətdiyi tapança aşkarlanıb.

Bu barədə Qaynarinfo-ya Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin keçirdiyi birgə əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Şahin Səmədov küçəsi 25 ünvanında dəmir yol xəttinin yaxınlığında gizlədilən "Makarov PM" markalı tapança, ona məxsus 1 ədəd daraq və 6 ədəd ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->