Xəbər lenti

Bakıda məktəb binasının damında şagirdlərin "ölüm rəqsi"
Ölkə10:27 02.03.2016

Bakıda məktəb binasının damında şagirdlərin "ölüm rəqsi"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda şagirdlərin məktəb binasının üzərində görüntüləri ortaya çıxıb.

Qaynar.info baku.ws-ə istinadən bildirir ki, 46 nömrəli məktəbin binasının damında gəzişən şagirdlər "ölümlə rəqs" edirlər.

Fotodan göründüyü kimi, məktəblilər arasında qız da var. Maraqlıdır, görəsən, əsas vəzifə borclarından biri şagirdlərinin təhlükəsizliyini təmin etmək olan məktəb işçiləri dama çıxan uşaqlara niyə nəzarət etmirlər?

Paytaxtın mərkəzində şagirdlərin maneəsiz məktəbin damına çıxa bilməsi təhsil ocağındakı təhlükəsizliklə bağlı suallar doğurur. Xoşbəxtlikdən, dama çıxan şagirdlərlə bağlı heç bir hadisə baş verməyib. Amma bu, gələcəkdə məktəblərdə bədbəxt hadisələrin baş verməyəcəyinə əsas vermir.

Qaynar.info