Xəbər lenti

Bakıda məktəbdə kütləvi zəhərlənmə - 9 şagird xəstəxanaya yerləşdirildi
Ölkə17:15 14.04.2017

Bakıda məktəbdə kütləvi zəhərlənmə - 9 şagird xəstəxanaya yerləşdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Paytaxtın Maştağa qəsəbəsində yerləşən 22 saylı orta məktəbdə doqquz şagird zəhərlənib.

Zəhərlənmənin səbəbi 5-ci sinif şagirdlərindən birinin ad günü münasibəti ilə sinfə gətirdiyi şirniyyat olub.

Məktəblilər 5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan bildiriblər ki, uşaqlardan səkkizi hazırda reanimasiya şöbəsinə yerləşdirilib. Daha bir şagird isə xəstəxananın ümumi palatasında müalicə alır. (Trend)

Qaynar.Az