Xəbər lenti

Bakıda məktəbli Feysbuk statusu yazıb özünü öldürdü
Ölkə09:00 14.06.2014

Bakıda məktəbli Feysbuk statusu yazıb özünü öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dəhşətli hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində olub. 

Orta məktəbin 10-cu sinif şagirdi olan 16 yaşlı Anar Məmmədov yaşadığı evin həyətində özünü asıb. Xəbəri Musavat.com yayıb. 

A.Məmmədov özünü öldürməmişdən az öncə Feysbuk profilində status yazıb: “İndən belə mən olmayacam. Sağ olun, hamınızı çox istəyirəm. Sağ olun dostlar. İnşallah gələrsiniz yanıma. Oldu, öpürəm sizi”.  

Sabunçu rayon Prokurorluğundan bildirilib ki, A.Məmmədovun intihar etməsinin səbəbi məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb. 

Qaynar.info