Xəbər lenti

Bakıda mənzildə rus qadınının meyiti aşkarlanıb
Ölkə08:43 18.10.2013

Bakıda mənzildə rus qadınının meyiti aşkarlanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda mənzildə 1924-cü il təvəllüdlü Topaeva Nadejda Dmitriyevnanın meyiti aşkarlanıb


Fövqəladə Hallar Nazirliyindən Trend-ə daxil olan məlumata əsasən, qurumun "112" qaynar telefon xəttinə şəhərin Yasamal rayonunda mənzildə bağlı qapı arxasında Topaeva Nadejda Dmitriyevnanın köməksiz vəziyyətdə qaldığı barədə zəng daxil olub. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olub. Mənzilə baxış keçirilərkən Topaeva Nadejda Dmitriyevna hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində N.Dmitriyevnanın vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.


Qaynar.info