Xəbər lenti

Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlandı
Ölkə18:22 13.04.2016

Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda mənzildən külli miqdarda qızıl və nəğd pul oğurlanıb.
Hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində baş verib.
1984-cü il təvəllüdlü İlkin Məmmədovun evindən 19 000 manat və qızıl-zinət əşyaları oğurlanıb.
Naməlum şəxs və ya şəxslər mənzilə plastik pəncərəni qıraraq daxil olublar. Oğurluq hadisəsi baş verərkən mənzildə ev sakinlərindən heç kim olmayıb.
Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. (musavat.com)
Qaynar.info