
Suraxanıda məsciddə oğurluq edən şəxs saxlanıb.
Qaynar.info-nun Daxili İşlər Nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Suraxanı rayon Polis İdarəsi əməkdaşları tərəfindnə həyata keçirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-də rayon ərazisində yerləşən məsciddə Bakı şəhər sakinləri Tural Maqusova və Bəhruz Tağıyevə məxsus mobil telefonları oğurlamış paytaxt sakini Əzizağa Məmmədəminzadə tutulub.
Saxlanılan şəxs ətrafında araşdırma aparılır.
Qaynar.info