Səbail rayonu Yeni Salyan şossesi 22-də yarım saat fərqlə iki qəza hadisəsi baş verib.
Milli.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, qəza Bibiheybət məscidinin yaxınlığında qeydə alınıb.
Öncə "Toyota Land-Cruiser" markalı avtomobil işıqforun yaxınlığında "Opel" markalı avtomobillə toqquşub. Avtomobillərə ciddi ziyan dəysə də, qəza nəticəsində ölən və yaralanan yoxdur.
Hadisədən təxminən 30 dəqiqə sonra "Mercedes" markalı avtomobil başqa maşınla toqquşub.