Xəbər lenti

Bakıda məşhur əyləncə mərkəzi müsadirə olundu
Ölkə12:31 18.11.2025

Bakıda məşhur əyləncə mərkəzi müsadirə olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda fəaliyyət göstərən məşhur "Residence Cinema Club”un yerləşdiyi qeyri-yaşayış sahəsi müsadirə olunub.
Qaynarinfo-nun Teleqraf-a istinadən məlumatına görə, Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti 58 ünvanında yerləşən obyekt dövlət hərracında satılacaq.
10 otaqdan və sahəsi 241 kvadrat metrdən ibarət olan ictimai-iaşə obyektinin hazırkı hərrac qiyməti 446 min manatdır.
Qeyd edək ki, "Residence Cinema Club”un yerləşdiyi məkanın hansı səbəbdən müsadirə edildiyi hələlik bəlli deyil.