Bakıda məşhur gecə klublarının mühafizəçiləri arasında baş verən dava ilə bağlı məhkəmə işi yekunlaşıb.
Qaynarinfo-nun məlumatına görə, 1979-cu ildə Astara rayonu, Ərçivan kəndində anadan olmuş Azər Cəbiyev (soyad şərti) "Local” gecə klubunda mühafizəçi Allahqullu Qədirovu (soyad şərti) bıçaqlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin qəarı ilə o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 4 il müddətə azadlıqdan məhrum edilib.
Hadisə 4 oktyabr 2022-ci ilin Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti ilə Tolstoy küçələrinin kəsişməsində yerləşən "MetroClub”un qarşısında baş verib.
Belə ki, "MetroClub”un mühafizəçisi işləyən Azər Cəbiyevlə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsi yaxınlığında yerləşən "Local” gecə klubunda mühafizəçi işləyən Allahqullu Qədirov arasında uzun müddət mübahisələr olub. Allahqullu Qədirov sözügedən mübahisəyə son qoymaq üçün elə Lökbatan qəsəbəsi, Lökbatan dairəsində yerləşən "Mars” klubda mühafizəçi işləyən xalası oğlu Elnuru götürərək "MetroClub”a gedib.
Azər Cəbiyevlə son mübahisə davaya çevirilib. Dava zamanı Azər Cəbiyev Allahqullu Qədirovun əlindəki bıçaqı alaraq onun sinə nahiyəsinə sancıb. Nəticədə o ağır bədən xəsarəti ilə xalası oğlu Elnur tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Əhməd