Bakıda məşhur gözəllik salonun sahibi arıqlatma əməliyyatından sonra dünyasını dəyişib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə bir neçə həftə əvvəl baş verib. Belə ki, 42 yaşlı Əminə xanım arıqlatma əməliyyatından sonra bədənində gedən tromblaşma səbəbindən vəfat edib.
Qeyd edək ki, Əminə xanım məşhur "İnfiniti” gecə klubunun iranlı sahibi Camal Nasserinin həyat yoldaşı idi.
Xatırladaq ki, ötən ilin sentyabrında Nərimanov rayonunda yerləşən "İnfiniti” və "Extra” gecə klublarında epidemiya əleyhinə və karantin rejimlərinin pozulması halları aşkar olunmuş, polis tərəfindən keçirilən tədbirlərlə həmin gecə klublarının rəhbərliyi müəyyən olunaraq saxlanılmışdı. Saxlanılanlar arasında Camal Nasseri də var idi.
Əhməd
Şərhlər