Xəbər lenti

Bakıda məşhur klinika yandı
Ölkə12:02 12.08.2014

Bakıda məşhur klinika yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Binəqədi rayonunda klinikada yanğın olub. 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Ans press-ə verilən məlumata görə, hadisə Binəqədi rayonunda yerləşən “Laçın” klinikasında qeydə alınıb.

Elektrik sayğacında meydana gələn yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində klinikaya ciddi ziyan dəyməyib.

Qaynar.info