Xəbər lenti

Bakıda məşhur klinikada qadın əməliyyatdan sonra öldü
Ölkə10:37 11.10.2025

Bakıda məşhur klinikada qadın əməliyyatdan sonra öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda özəl klinikada ölüm hadisəsi baş verib.
Qaynarinfo "Teleqraf"a istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında "Premium Clinic"də qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü Çimnaz Sahib qızı Bəşirova oktyabrın 7-də sözügedən klinikada əməliyyat olunub. Ötən gün isə klinikadan evə buraxılmalı olan qadının halı qəfil pisləşib və orada dünyasını dəyişib.
Qadının ailəli olduğu bildirilir.