Xəbər lenti

Bakıda məşhur mərakeşli pianoçunun konserti keçirildi
Ölkə 22:23 11.06.2025

Bakıda məşhur mərakeşli pianoçunun konserti keçirildi

Bakıda Beynəlxalq Muğam Mərkəzində məşhur mərakeşli pianoçu Mahmud əl-Musauinin konserti olub.

Qaynarinfo xəbər verir ki, konsert Mərakeş səfirliyi tərəfindən Ümumdünya Mədəniyyətlərarası Dialoq Günü münasibətilə təşkil olunub.

Tamaşaçılara 17-21-ci əsrlərə aid klassik musiqi, o cümlədən Azərbaycan və Mərakeş bəstəkarlarının əsərləri təqdim edilib.
Tədbiri giriş nitqi ilə açan Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş çıxışında Ümumdünya Mədəniyyətlərarası Dialoq Gününün, eləcə də BMT-nin Sivilizasiyalar Alyansı çərçivəsində həyata keçirilən təşəbbüslərin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Mərakeş mədəniyyətlər və dinlər arasında körpülər qurmaqla mədəniyyətlərarası dialoqa sadiq qalır.

"Mərakeş uzun müddətdir sülh şəraitində birgəyaşayış və mədəniyyətlərarası dialoq dəyərlərini özünün əsas prinsipləri kimi qəbul edib. Mərakeş diplomatiya, təhsil və incəsənət vasitəsilə Afrika, Avropa və ərəb dünyasının sülh və anlaşma şəraitində görüşdüyü bir körpü olmaq kimi tarixi missiyasını uğurla davam etdirir”, - səfir bildirib.

Embarş sivilizasiyalararası dialoqu, mədəni və dini müxtəlifliyə hörməti ölkənin xarici siyasətinin mərkəzinə qoymuş Kral VI Məhəmmədin rolunu xüsusi qeyd edib.

Konsert haqqında danışan səfir, həmçinin bir neçə unikal janr və üslubla zəngin Mərakeş musiqisinin zənginliyini və orijinallığını vurğulayıb.

Diplomat bu tədbirin Mərakeş ilə Azərbaycan arasında mədəni mübadiləni və dostluq əlaqələrini daha da gücləndirəcəyinə əminliyini ifadə edib.

Tədbirdə Azərbaycanın rəsmi şəxsləri, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, eləcə də tanınmış mədəniyyət xadimləri, KİV nümayəndələri iştirak ediblər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->