Xəbər lenti

Bakıda məşhur müğənninin “Range Rover”indən 6 min manat oğurlandı
Ölkə08:13 02.01.2023

Bakıda məşhur müğənninin “Range Rover”indən 6 min manat oğurlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nəsimi RPİ 21-ci Polis Bölməsinə dekabrın 30-da rayon ərazisində "Range Rover” markalı avtomobildən 6000 manatın oğurlanması barədə məlumat daxil olub. 
Bu barədə Qaynarinfo-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini T.Ağayev müəyyən olunaraq saxlanılıb.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, pul oğurlanan avtomobil tanınmış müğənni Nəfəsə məxsusdur.