Xəbər lenti

Bakıda məşhur restoran yandı - YENİLƏNİB
Ölkə12:46 29.05.2014

Bakıda məşhur restoran yandı - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ümumi sahəsi 420 kv/m olan restoranın 260 kv/m sahəsi yanıb

Bakıda “Meşəbəyi” restoranında baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov APA-nın hadisə yerində olan əməkdaşına bildirib ki, ümumi sahəsi 420 kv/m olan restoranda baş verən yanğına qısaqapanma səbəb olub. Hadisə yerinə 6 yanğınsöndürən maşın cəlb edilib.

Yanğın nəticəsində restoranın 260 kv/m sahəsi yanıb. Həyata keçirilən tədbirlər nəticəsində yanğının digər obyektlərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.

_________

15:46

Bakıda "Meşəbəyi" restoranı yanır.

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Binəqədi rayonunda, “Oazis” əyləncə mərkəzinin yanında yerləşən “Meşəbəyi” restoranında qeydə alınıb.

Əraziyə xeyli sayda yanğınsöndürən cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Qaynar.info