Xəbər lenti

Bakıda məşhur xəstəxananın baş həkimi işdən çıxarıldı
Ölkə07:20 19.06.2014

Bakıda məşhur xəstəxananın baş həkimi işdən çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin balansında olan Mərkəzi Dənizçilər Xəstəxanasının (“Kaspar”) baş həkiminin işdən çıxarılmasıyla bağlı AzNews.az-a məlumat daxil olub. 

Məlumatda bildirilir ki, Ramazan Məhərrəmov Səhmdar Cəmiyyətin rəisi Rauf Vəliyevin istəyinə uyğun olaraq vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə isə Terasim Rüstəmov təyin edilib. 

Qeyd edək ki, Rauf Vəliyev bu vəzifəyə təyin olunandan qurumda bir-birinin ardınca ciddi kadr dəyişiklikləri edir.